Uzun zamandır çalışmaları devam eden usta şairimiz Ahıskalı Cabir Halid’in “Ahıska Nağmeleri” kitabı çıktı. 440 sayfalık kitap, Cabir Halid’in özgeçmişiyle başlayarak Prof. Dr. Asif Hacılı’nın Önsöz yazısı ve Fezli Eşrefov’un tanıtım yazısıyla devam etmekte. Müellifin kitabıyla ilgili kaleme aldığı yazısının ardından on iki bölümlük birbirinden anlamlı şiir, mahnı, nağme, atasözleri vb. gibi konuları içermektedir. Ahıska ağzı ve Azeri dilinde yayınlanan bu eser, Ahıska edebiyatına ışık tutacağı, örf, adet, kültürümüzle ilgili kaynak bir kitap olarak kullanılacağı şahane bir kitaptır.
Yazarın kısa özgeçmişi:
Xalidov Cabir Xalid oğlu 1951-ci il yanvar ayının 9-da Özbəkistanda doğulmuşdur. Valideynləri 1944-cü il 14 noyabr tarixində Gürcüstanın Axısxa bölgəsindən Orta Asiyaya sürgün olunmuşlar. Valideynləri uşaqları ilə birlikdə 1959-cu ildə Azərbaycan Respublikasının Quba rayonuna köçmüşlər. Orta məktəbin 1-ci və 2-ci siniflərini burada tamamlayan Cabir Xalidov 1961-ci ildə ailəsi ilə birlikdə Saatlı rayonunun Şirinbəy kəndinə köçüb gəlmişlər.
Gənc Cabir 1967-ci ildə kənddəki 8 illik məktəbi bitirmiş, daha sonra qonşu kəndlərdəki məktəblərdə Orta təhsilini tamamlamışdır.
Cabir Xalidov 1969-1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində ali təhsil alaraq yaşadığı kəndə qayıtmış və kənddəki Orta məktəbdə Azərbaycan dili və ədəbiyyatından dərs deməyə başlamışdır. Gənclik illərindən bədii yaradıcılıqla məşğul olan Cabir Xalidov öz şeirləri ilə 1970-ci illərdən etibarən dövri mətbuatda çıxış etmişdir. 1989-cu ildə ona Azərbaycan Respublikasının „Əməkdar Mədəniyyət İşçisi” fəxri adı verilmişdir. O, həm də Azərbaycan Yazıçılar Birliyinin üzvü, eyni zamanda Azərbaycanda yaşayan Axısxa Türkləri Yazarlar Birliyinin təsisçilərindən biridir.
Yaşadığı bölgədə bilik və bacarığını gənc nəslə öyrətməyə davam edən sevilən və sayılan dilçi alimimiz, şair, pedaqoq Cabir Xalidovun altı övladı var.
